Fransa millisinin sabiq üzvü Jeremi Menez karyerasını bitirib.
"Unikal" xəbər verir ki, bu barədə 37 yaşlı oyunçu özü məlumat verib.
Son olaraq İtaliyanın “Bari” komandasında çıxış edən hücumçu əvvəlki kimi futbol oynaya bilmədiyi üçün bu qərarı verib.
Qeyd edək ki, Jeremi Menez karyerası ərzində “Roma”, “Milan” və PSJ komandalarının formasını geyinib.