İtaliya çempionatının 6-cı turunda çempion "İnter" "Udineze"nin qonağı olub. 

"Unikal" xəbər verir ki, qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Argentinalı hücumçu Lautaro Martinez italiyalı Simone İnzaqinin rəhbərlik etdiyi komandanın heyətində dubla imza atıb. İtaliyalı yarımmüdafiəçi Davide Fratezi də fərqlənib.

“İnter” 11 xalla üçüncüdür. “Torino” (5 oyun) və “Milan”ın (6 oyun) hərəyə 11 xalı var. "Udineze" isə 10 xalla 5-cidir.

Ağarza Elçinoğlu