Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klubu ilə müqaviləsini uzada bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Sovet Sport" nəşri məşhur insayder Nikolo Skiraya istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ronaldo 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına qədər əlavə oyun praktikası əldə etmək üçün 2025-ci ildə başa çatacaq hazırkı müqaviləni yenidən imzalamağa hazırdır.