Futbol üzrə İtaliya A Seriyasında VI turun növbəti oyunları keçirilib.

"Unikal" xəbər verir ki, paytaxt klubu "Roma" doğma meydanda "Venesiya" ilə qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Canavarlar”ın heyətində qolları Brian Kristante ilə Nikkolo Pisilli vurublar. Qonaqlarda isə Joel Poyanpalo fərqlənib.

Bu nəticədən sonra xallarını 9-a çatdıran "Roma" 9-cu pilləyə yüksəlib. "Venesiya" isə 4 xalla 18-ci sıradadır.

Günün ilk oyununda paytaxtın digər təmsilçisi "Latsio" səfərdə "Torino"dan üstün olub - 3:2.