"VMR" Şirkətlər Qrupunun rəhbəri Vüsal Həsənov Gəncə şəhərində yerləşən "VMR Estetik" klinikasında kosmetoloji prosesdur icra olunduqdan sonra dünyasını dəyişən 1993-cü il təvəllüdlü G.Bayramovanın ölümü ilə bağlı detalları açıqlayıb.

V.Həsənov "Unikal"a açıqlamasında bildirib ki, həmin qadın təxminən 10 gün əvvəl "VMR Estetik" klinikasında olub:

"G.Bayramova bizim estetik mərkəzdə kosmetoloji prosesdən keçib. Bizim klinikada yatmayıb və ölüm hadisəsi də başqa xəstəxanada qeydə alınıb.

Mən morqda oldum. Məlum oldu ki, o, ağciyərindəki su emboliyasından vəfat edib. Qadının ölümünün bizim klinikada keçirdiyi kosmetoloji proseslə əlaqəsi yoxdur", - deyə Vüsal Həsənov qeyd edib.

***

09:08

Sentyabrın 21-də Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramova "VMR Estetik" klinikasında liposaksiya əməliyyatı keçirib.

"Unikal"ın əldə etdiyi  məlumata görə, 31 yaşlı qadın sentyabrın 28-i ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Murad İbrahimli