"Real Madrid"in qapıçısı Tibo Kurtua La Liqanın 8-ci turunda "Atletiko" ilə matçda (1:1) zədələnib.

"Unikal" xəbər verir ki, belçikalı matçı başa vura bilsə də, oyun başa çatdıqdan sonra baş məşqçi Karlo Ançelotti qapıçının əzələsindən zədə aldığını qeyd edib.

"O, sabah müayinədən keçməlidir", - deyə baş məşqçi açıqlayıb. 

Xatırladaq ki, qonaqlar 64-cü dəqiqədə Eder Militaonun zərbəsi sayəsində önə keçsələr də, qələbə hesabını saxlaya bilməyiblər. 95-ci dəqiqədə Anxel Korrea hesabda tarazlığı bərpa edərək, oyunun yekun nəticəsini 1:1 edib.

Ağarza Elçinoğlu