Futbol üzrə Azərbaycan Superkuboku uğrunda oyunun keçirilməsi hazırda gündəmdə deyil.
"Unikal" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov Azərbaycan Kubokunun püşkatma mərasimində məlumat verib.
PFL rəsmisi bildirib ki, Superkubokun qalibinə mükafat verilmədiyi, eləcə də görüş avrokuboklara vəsiqə qazandırmadığı üçün klublar bu matçın təşkilinə maraq göstərmir.
Qeyd edək ki, Azərbaycan Superkuboku uğrunda oyun sonuncu dəfə 2013-cü ildə "Neftçi" və "Xəzər Lənkəran komandaları arasında keçirilib. Görüş Lənkəran təmsilçisinin qələbəsi ilə başa çatıb.