Hüseynqulu Bağırov nüfuzlu şirkətlərlə "döyüşür"
Onun nazirliyi ilə həmiin şirkətlər arasında nə baş verir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqribən 202 min manatlıq vəsait uğrunda məhkəmə qalmaqalının davam etməsinə paralel olaraq, sözügedən nazirliyin daha bir səs-küylü məhkəməsinin növbəti "raund"una start verilib.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir müddət əvvəl tenderdə qalib gələn və nazirliyin sifarişi ilə müəyyən işləri görən "Bakı Terminal Komp Ltd" MMC və bir neçə ay əvvəl ləğv olunan, daha dəqiqi adı dəyişdirilən Texnikabank" ASC ilə də məhkəmə çəkişməsi var. Nazirlik məhkəmədən adıçəkilən şirkətin təqdim etdiyi və görülən işlərə görə tərtib olunan Forma-2 və Forma-3 sənəd və arayışlarının etibarsız hesab edilməsi, həmçinin həmin şirkətə və nazirliklə bağlanan müqavilə öhdəliyinə zəmanət verən "Texnikabank" ASC-dən qarşı 201.480 (İki yüz bir dörd yüz səksən) manat məbləğin tutulmasını tələb edir.
Bu iş hazırda Ali Məhkəməyə çıxarılmaq ərəfəsində olsa da, ötən həftə Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov gözlənilməz yeniliyə imza atıb. Belə ki, hakim Cahangir Yusifov əks tərəfin nazirliyin xeyrinə çıxarılan qərardan Ali Məhkəməyə şikayət vermək üçün dövlət hesabına vəkillə təmin edilmələrini xahiş etsələr də, hakim qarşı tərəfin qanunla qorunmalı olan mənafeyinə "yox" deyib: "Hakim ötən həftə bu şikayət üzrə qərarını verib. O, şikayəti təmin etməyib. Amma bu o demək deyil
ki, bununla qarşı tərəfin Ali Məhkəməyə şikayət etmək hüququ bitib. Hələ şikayət vermək üçün zaman da var".
Bu arada mia.az-a daxil olan məlumata görə, adıçəkilən nazirliyin nüfuzlu və hakim düşərgəyə bağlılığı olan iri şirkətlərlə məhkəmə çəkişməsində də yenilik var.
Bizi məlumatlandıran şəxsin sözlərinə görə, Ekologiya Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti ilə "Det.Al Limited" Şirkəti və "Daşkəsən Filizsaflaşdırma" ASC arasındakı məhkəmə mübahisəsi ilə bağlı prosesin növbəti "raund"una start verilib: "Diqqətə çatdırım ki, nazirlik bu şirkətləri yüksək məbləğdə cərimələyib. Amma bu şirkətlər dəymiş ziyanı ödəmək əvəzinə, onun ləğv edilməsi üçün məhkəməyə üz tutdu. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia araşdırılsa da, çıxarılan qərar tərəfləri sakitləşdirmədi. İndisə həmin məhkəmə instansiyasının qərarından verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub".
Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavabdeh şirkətlər arasındakı məhkəmə çəkişməsi ilə bağlı iyunun 19-da iclas saatı təyin olunsa da, həmin günü proses təxirə salınıb: "Şikayətə iyulun 4-də baxılacaq".
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48