Everest dağının hər il böyüdüyü müəyyən edilib.

"Unikal" xəbər verir ki, bu barədə İngiltərənin London Universitet Kollecinin mütəxəssisləri araşdırma aparıb.

Araşdırmalar nəticəsində, Everest dağının yaxınlığındakı çayın yaratdığı eroziya səbəbindən hər il 2 millimetr böyüdüyü məlum olub.

Tədqiqatçılar təqribən 89 min il əvvəl Everest yaxınlığında yerləşən Arun çayının Kosi çayı ilə birləşməsinin bölgədə eroziyanı artırdığını müəyyən ediblər.

Bu birləşmənin böyük miqdarda qaya və torpağı aşındırdığını bildirən tədqiqatçılar, eroziyadan sonra yer qabığının altından gələn təzyiqin Everestin yüksəlməsinə səbəb olduğunu açıqlayıblar.

Zərifə Nağıyeva