İsrailin Yaffa şəhərində silahlı şəxslərin hücumu nəticəsində 8 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Daha 7 nəfər yaralanıb. İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanı həyata keçirən iki nəfəri öldürüblər.

*** 20:30

Təl-Əvivdə atışma baş verib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin cənubunda, yəhudi-ərəb əhalisinin qarışıq yaşadığı Yaffada baş verib. Ölənlər və yaralananlar var. Bunun terror aktı olduğu ehtimal edilir.