İrandan İsrailə 400-ə yaxın raket atılıb.
"Unikal" xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə raket hücumunu HƏMAS Siyasi Bürosunun rəhbəri, Hizbullahın baş katibi və Əl-Qüds Qüvvələrinin komandirinin ölümünə görə qisas adlandırıb.
İranın BMT-dəki daimi nümayəndəliyindən isə bildirilib ki, İran İsrailə hücumunu ölkənin suverenliyinin pozulmasına legitim cavab hesab edir.
*** 20:48
İran İsrailə yüzdən çox raket atıb.
"Unikal" xəbər verir ki, bütün İsrail ərazisində hava hücumu xəbərdarlığı elan edilib.