UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ikinci turuna start verilib.
"Unikal" xəbər verir ki, futbol azarkeşləri 9 oyuna şahidlik ediblər. Günün ən maraqla gözlənilən matçı İngiltərədə baş tutub. “Arsenal” son Fransa çempionu PSJ ilə qarşılaşıb.
Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İtaliya təmsilçisi “Milan” Almaniyada Leverkuzen “Bayer”inə uduzub - 0:1
Gecənin ən çox qol vurulan qarşılaşması Almaniyada olub. "Borussiya Dortmund" doğma meydanda Şotlandiyanın "Seltik" komandasıni 7:1 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
"Zaltsburq" (Avstriya) - "Brest" (Fransa) - 0:4
"Ştutqart" (Almaniya) - "Sparta" (Praqa,Çexiya) -1:1
"Arsenal" (İngiltərə) - PSJ (Fransa) - 2:0
"Barselona" (İspaniya) - "Yanq Boys" (İsveçrə) - 5:0
"Bayer" (Leverkuzen, Almaniya) - "Milan" (İtaliya) - 1:0
"İnter" (İtaliya) - "Srvena Zvezda" (Belqrad, Serbiya) - 4:0
"Borussiya Dortmund" (Almaniya) - "Seltik" (Şotlandiya) - 7:1
PSV (Niderland) - "Sportinq" (Lissabon, Portuqaliya) - 1:1
"Slovan" (Slovakiya) - "Mançester Siti" (İngiltərə) - 0:4
Qeyd edək ki, Liqa mərhələsinin II turu bu gün keçiriləcək matçlarla başa çatacaq.