İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi persona non qrata kimi tanıyıb və onun ölkəyə girişini qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi bəyanata istinadən məlumat yayıb.
Sənəddə bildirilir ki, bu qərar Quterreşin “İranın İsrailə qarşı iyrənc hücumuna” reaksiyası ilə əlaqədar verilib. İsrail Xarici İşlər Nazirliyi baş katibi hücumu lazımınca pisləmədiyinə görə qınayır.
Gülayə Mecid