Ərinə balta ilə xəsarət yetirərək öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın cəza azaldılıb.

Bu barədə "Unikal"a onun vəkili Altay Mirzəyev məlumat verib.

Belə ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılaraq cəzası 9 ildən 7 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun hökmünə əsasən, L.İmaşova qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında dərhal həhs edilib.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü L.İmaşova həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ceyhun İmaşovanı balta ilə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi ittiham elan olunub.

Seymur Əli