Şəmkirdə fərdi yaşayış evi yanıb.
"Unikal"ın məlumatına görə, rayonun Çinarlı qəsəbə sakini Niyaməddin Abbasova məxsus ümumi sahəsi 140 kv metr olan 1 mərtbəli 8 otaqlı yaşayış evində anidən yanğın olub. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı evin 90 kv metri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub,yanğın söndürülüb.
Hadisənin baş verməsi ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov