DİN Mingəçevirdəki qəza ilə bağlı məlumat yayıb.
"Unikal" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, oktyabrın 2-də saat 18:00 radələrində Mingəçevir şəhərində Əlzamin Quliyev idarə etdiyi “Lada Vesta” markalı avtomobillə yolu keçən piyada, 1954-cü il təvəllüdlü Xalid Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
XXX
19:50
Mingəçevirdə avtomobil piyadanı vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Xaldan şossesinin giriş qapıları önündə baş verib. Avtomobil yolu keçmək istəyən piyada 1954-cü il təvəllüdlü Xalid Məmmədovu vuraraq öldürüb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov