İsrail BMT-nin Baş katibi Antonio Quterreşi persona non qrata elan edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bu qərardan sonra BMT Təhlükəsizlik Şurası dünya qurumunun liderini tam dəstəklədiyini bildirib və bütün ölkələrin onun işinə xələl gətirən hər hansı hərəkətdən çəkinməli olduğunu vurğulayıb.
"Təhlükəsizlik Şurasının üzvləri BMT-nin baş katibi Antonio Quterreşi və onun mühüm rolunu tam dəstəklədiklərini bir daha təsdiqləyiblər", - BMT Təhlükəsizlik Şurasının jurnalistlərə verdiyi bəyanatda deyilir.
Bəyanatda həmçinin bildirilir ki, BMT baş katibi ilə əməkdaşlıqdan imtina ilə bağlı istənilən qərar xüsusilə Yaxın Şərqdə gərginliyin artması kontekstində əks-məhsuldardır.
Xatırladaq ki, İsrailin xarici işlər naziri İsrael Katz oktyabrın 2-də Quterreşin yəhudi dövlətinə girişini qadağan edib və İranın İsrailə hücumunu pisləmədiyi üçün onu persona non qrata elan edib.
Ağarza Elçinoğlu