Yeddilik Qrupu İranın İsrailə hərbi raket hücumunu pisləyib, İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiqləyib və tərəfləri gərginliyi azaltmağa çağırıb.
"Unikal" xəbər xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında Yaxın Şərqdəki son hadisələrlə bağlı G7-nin müvafiq bəyanatı dərc olunub.
"Biz, G7 liderləri, Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlığımızı bildirir və İranın regional sabitliyə ciddi təhdid yaradan İsrailə birbaşa hərbi hücumunu qətiyyətlə pisləyirik . İsrailin təhlükəsizliyinə sadiqliyimizi birmənalı şəkildə təsdiqləyirik", - bəyanatda deyilir.
Orada vurğulanıb ki, İranın bütün Yaxın Şərqdə terrorçu marionetlər və silahlı qruplaşmaların, o cümlədən Yəmən Husiləri, Hizbullah və Həmas, eləcə də İraqda İrana bağlı milis qruplarının köməyi ilə ciddi sabitliyi pozan hərəkətləri dayandırılmalıdır.