“Qəbələ” komandası qanalı futbolçu Samuel Tette ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin sentyabrından “Qəbələ”də çıxış edən Tette “qırmızı-qara” formada 25 matçda 3 qol vurub. O, Misli Premyer Liqasında 21 (2 qol), Azərbaycan kubokunda 4 (1 qol) oyunda iştirak edib.