Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də ad günündə iş başında olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Diplomat qeyd edib ki, Rusiya lideri ad günündə axşam saatlarında MDB ölkələrinin başçıları ilə görüş gözlənilir: "Günün ilk yarısı qapalı, ictimai olmayan iş görüşləri olacaq. Axşam MDB ölkələrinin rəhbərləri prezidentlə görüşəcək. Sizə əlavə məlumat verəcəyik. Gələn həftə MDB ölkələri liderlərinin tam gündəliyi olan tam formatlı görüşü olacaq".
Qeyd edək ki, oktyabrın 7-də Putinin 72 yaşı tamam olacaq. O, 2000-ci ildən Rusiyaya rəhbərlik edir.
Ağarza Elçinoğlu