Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.
"Unikal" xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" öz meydanında "Pröyssen Mönster"i qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze Mahiri start heyətdə meydana buraxıb. O, 72-ci dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra xallarını 10-a yüksəldən "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.