Taciskistanın paytaxtı Düşənbədə gənclər arasında dünya çempionatına yekun vurulub.
"Unikal' xəbər verir ki,A Azərbaycan cüdoçuları yarışın sonuncu günündə mübarizəyə 1/8 finaldan qoşulublar.
Yığmamız tatami sahibləri ilə qarşılaşmada 4:2 hesablı qələbə qazanıblar. 1/4 finalda komandamız Türkmənistanı 4:0 hesabı ilə məğlub edib. Milli eyni uğuru yarımfinalda təkrarlaya bilməyib. Fransa ilə gərgin mübarizədə rəqib komanda 4:3 hesabı ilə üstün olub. Bürünc uğrunda görüşdə isə cüdoçularımız Özbəkistan idmançıları ilə qarşılaşıblar. 2:4 hesabı ilə uduzan komanda dünya çempionatını medalsız başa vurub.
Qeyd edək ki, yığmamız şəxsi yarışlarda 3 medal qazanıb. Kənan Nəsibov (+100 kq) gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) bürünc medal qazanıb.