Oktyabrın 4-6-də Telford şəhərində keçirilən tamblinq üzrə Böyük Britaniya çempionatı keçirilib.

"Unikal" xəbər verir ki, yarışda Azərbaycan gimnastları uğurlu çıxış ediblər.

Millimizin üzvü Aleksey Karataşov gənclər kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsində yer aıb. Bilal Qurbanov isə böyüklər kateqoriyasında bürünc medala sahib çıxıb.