Trabzonun Uzungöl bölgəsində turizm operatoru olan Mehmet İnan biznesi üçün dünyaca məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldonun mum heykəlini düzəltdirib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, gölə baxan masada əyləşərək yerli ləzzətlər "dadan" Ronaldonun heykəli müştərilərin və ziyarətçilərin diqqət mərkəzinə çevrilir.

"Bu məqamda Kriştiano Ronaldo ən yaxşı addır; onun sosial mediada çoxlu izləyicisi var. Əlaqə qurmağın daha asan olacağını düşündüyümüz üçün belə bir fikir yaratdıq", - deyə Mehmet İnan ifadə edib.