UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan oyununu stadionda izləyəcək tamaşaçı sayı açıqlanıb.
"Unikal" Estoniya mətbuatına istinadən xəbər verir ki, Tallin şəhərində oynanılacaq matça təxminən 7 min azarkeş tribunadan tamaşa edəcək.
Qeyd edək ki, oktyabrın 11-də “Lilleküla” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.