Niderland millisinin sabiq futbolçusu Yohan Neskens 73 yaşında həyatla vidalaşıb.
"Unikal" xəbər verir ki, o, bazar günü Əlcəzairdə Niderland Kral Futbol Assosiasiyasına aid tədbirdə xəstələnib.
Neskens yığmasının heyətində 1974 və 1978-ci il dünya çempionatlarının gümüş, 1976-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. O, seçmə komandada 49 matça çıxaraq 17 qol vurub.