Almaniya kansleri Olaf Şolts Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün oktyabrın 12 -də Berlində ABŞ, Fransa və Böyük Britaniya liderlərini qəbul edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya hökumətinin yüksək rütbəli nümayəndəsi açıqlayıb.
ABŞ prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer Şolts ilə birlikdə ABŞniın Ramstein aviabazasına gedəcək və 20-yə yaxın digər liderlə danışıqlar aparacaq. Məlumata görə, danışıqlara Ukrayna prezidenti Volodimir Zelenski, İtaliya, Polşa və Kanadanın baş nazirləri daxildir.
Ağarza Elçinoğlu