İranın Mazandaran vilayətində 21 nəfər saxta spirtli içkidən ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Mazenderan Ədli Tibb Baş direktoru Əli Abbasi vilayətdə 21 nəfərin metil spirtinin səbəb olduğu ağır zəhərlənmə nəticəsində öldüyünü bildirib. Ölənlərdən 18-nin kişi, 3-nün qadın olduğunu bildirən Abbasi, metil spirtinin istehlakının korluğa, böyrək çatışmazlığına və ölümə səbəb olduğunu qeyd edib.
Mazenderan Sağlamlıq Elmləri Universitetinin Müalicə şöbəsinin müdiri Resul Zafermend qeyd edib ki, 284 nəfər metil spirti qəbul etdiyindən zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.
İranlı həkim bildirib ki, ölənlərdən başqa 4-ü görmə qabiliyyətini itirib, 81-i isə böyrək çatışmazlığı səbəbindən dializdən keçib.