Amerikalı milyarder iş adamı İlon Mask, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçkilərdə məğlub olacağı təqdirdə özünün həbs olunacağını iddia edib.
"Unikal" xəbər verir ki, o, bu barədə verdiyi müsahibəsində bildirib.
Mask "O, uduzsa, mən bitmişəm deməkdir. Sizcə həbs cəzam nə qədər olacaq? Sizcə, uşaqlarımı görəcəyəm?”, -deyib.
Xatırladaq ki, Mask Trampın keçirilən son mitinqinə qatılaraq onun qələbəsinin ABŞ-də Konstitusiyanı və demokratiyanı qorumaq üçün zəruri olduğunu bildirmişdi.
Zərifə Nağıyeva