Hindistan polisi onlarla insana zaman maşını ilə gəncliklərini qaytaracaqlarını vəd edərək onları aldadan cütlüyü axtarır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan polisi 4,1 milyon dollar məbləğində dələduzluqda ittiham olunan Rajeev və Rashmi Dubeyi axtarışa verib.
Fırıldaqçılar yaşlı insanları havanın çirklənməsi səbəbindən tez qocaldıqlarını iddia edərək, onlara pullu xidmət paketləri təklif ediblər.
Zərərçəkənlərin dediyinə görə, cütlük onlara görünən nəticələr və hətta bir neçə ay ərzində zədələnmiş daxili orqanların bərpasını vəd ediblər ki, bu, onların fikrincə, xaricdən gələn möcüzəli texnologiya sayəsində mümkün olub.