Ermənistanda əsgər yoldaşını intihara məcbur edən hərbçi həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi ilə İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin 2-ci bəndi ilə başlanmış cinayət işi çərçivəsində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Vahe Arutyunyanın intihar etməsinə səbəb olan hərbçi tutulub: "Yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri ilə müəyyən edilib ki, xidmətdə olmaları ilə əlaqədar yaranan problemlərə görə zabit ona tabe olan V.Arutyunyana qarşı qəddar münasibət sərgiləyib, hətta bir neçə nəfər onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədib, onu vurub.
Atışma mövqeyindən müəyyən məsafədə çıxılmaz vəziyyətdə qalan Vahe Arutyunyan ona təhkim olunmuş silahla başına atəş açaraq intihar edib.
İstintaq davam edir.
Ağarza Elçinoğlu