"Milton" qasırğası Florida sahilinə yaxınlaşdıqca artıq tornadolar və güclü yağışlar yaranır.
"Unikal" xəbər verir ki, bu barədə "NBC NEWS" görüntülər paylaşıb.
Fırtınanın quruya çatan zaman 3-cü və ya 4-cü kateqoriyaya enəcək sürətinin saatda 200-210 kilometr olacağı deyilir. ABŞ-də qasırğaya görə ölkə üzrə 1700-dən çox uçuş təxirə salınıb.