"Azər Türk Bank"

Risk Menecmenti Departamentinin Biznes risklərin idarəedilməsi şöbəsinin Maliyyə riskləri bölməsində mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis

Son tarix 08 noy 2024 - Müraciət et

Təsvir

- Aylıq əsasda Mərkəzi Bankın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;

- MHBS 9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyatların yaradılması və modelin daimi yenilənməsi;

- Risk limitlərinin hazırlanması və aylıq əsasda müntəzəm olaraq monitorinqi;

- Likvidlik risklərinin təhlili, icrası və aylıq hesabatlığının aparılması;

- Aylıq olaraq kredit portfelinin idarə edilməsi üzrə təkliflərin verilməsi üçün məlumatın analizi və izah edilməsi;

- Risk İştahası Bəyannaməsini hazırlamaq və onun icrasının monitorinqini həyata keçirmək;

Tələblər

- Ali təhsil (bakalavr);

- Bank və ya digər əlagəli maliyyə müəssisəsində (sığorta, audit, konsaltinq) ən azı 3 illik iş təcrübəsi;

- Azərbaycan dili səlis, xarici dil biliyi arzuolunandır;

- Risk menecmenti və maliyyə sahələrində biliklərinin olması;

- ACCA, CFA sertifikatlarının olması arzuolunandır.