“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 9 oktyabr 2024-cü il tarixində 44 günlük Vətən müharibəsinin 4-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdən öncə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndələri Daşkəsən rayonunun Şəhidlər Xiyabanını ziyarət ediblər.
Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə keçirilən tədbir dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbir ərzində Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi yad edilib.
Tədbirin sonunda tədbirdə iştirak edən 80-dən çox şəhid ailəsi üzvləri üçün ehsan süfrəsi açılıb və onlara müqəddəs Quran kitabları hədiyyə olunub.