"Expressbank" ASC Ümumdünya Görmə Günü münasibətilə əməkdaşları üçün göz müayinəsi aksiyası təşkil edib.

"Unikal" xəbər verir ki, aksiya Expressbankın “Sağlam komanda” daxili kommunikasiya layihəsi çərçivəsində baş tutub. 

Belə ki, müayinə xidməti dünya üzrə fərqli ölkələrdə fəaliyyəti ilə seçilən Dünyagöz Xəstəxanası tərəfindən göstərilib. Aksiya çərçivəsində "Expressbank" əməkdaşlarının görmə ölçüsü və göz təzyiqi müasir cihazlar vasitəsilə ölçülüb, həmçinin hər bir əməkdaş üçün müayinə nəticəsinə uyğun olaraq fərdi həkim konsultasiyası həyata keçirilib. 

Belə ki, “Sağlam komanda sağlam əməkdaşlarla qurulur” şüarını əsas tutan Expressbankın bu aksiyası çərçivəsində Dünyagöz Xəstəxanası "Expressbank" əməkdaşlarına bütün xidmətlərini əhatə edən müxtəlif endirimlər təklif edib.

Aksiya günündən görüntüləri izləmək üçün buraya klik edin.

"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. 

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

"Expressbank" – İşiniz rahat getsin!