Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-11-də Albaniya və Serbiyada olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Cumhuriyyəti Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Ərdoğanın səfəri çərçivəsində ikitərəfli münasibətlərin inkişafı, eləcə də müxtəlif sahələrdə mövcud əməkdaşlıqla bağlı müzakirələrin aparılması planlaşdırılır.
Türkiyə lideri hər iki ölkədə dövlətlər arasında yüksək səviyyəli əməkdaşlıq şurasının iclasına sədrlik edəcək.
Serbiyada keçiriləcək işgüzar konfransda Türkiyə və Serbiya prezidentlərinin iştirakı da nəzərdə tutulub.
Ərdoğanın gündəmində qlobal və regional məsələlərlə yanaşı, Balkanlar və Fələstinin Qəzza zolağındakı vəziyyət və İsrailin Livandakı əməliyyatları da olacaq.
Səfərlər zamanı müxtəlif sazişlərin imzalanması planlaşdırılır.
Ağarza Elçinoğlu