Bakıda 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Aygün Mikayılova təyinat alıb. O, 2018-2024-cü illərdə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.