Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın Ukrayna ərazisindəki hərəkətlərini pisləyən bəyannamə imzalayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Vuçiç Xorvatiyanın Dubrovnik şəhərində keçirilən, Volodimir Zelenskinin və region ölkələrinin liderlərinin iştirak etdiyi “Ukrayna – Cənub-Şərqi Avropa” sammitində iştirak edib.
"Tədbirin sonunda Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən bəyannamə imzalanıb. Bundan əlavə, sənəddə Kiyevlə həmrəylik və dəstək ifadə edilir, həmçinin respublikanın Avropa İttifaqı və NATO-ya üzvlük kursu alqışlanır",, - KİV-lərdən biri yazıb.
Gülayə Mecid