Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatlarının mənasızlığından danışıb.
"Unikal" xəbər verir ki, o, bu barədə 19-cu Şərqi Asiya Sammitində mətbuat konfransında söhbət açıb.
Nazirin sözlərinə görə, müharibə zamanı siyasətçilərin əməli addımları real şəkildə görünür.
"Bunu izləmək mənasızdır, bütün real şeylər yerdə və siyasətçilərin əməli addımlarında görünür. Zelenskinin bəyanatlarında ciddi heç nə yoxdur", - Rusiya rəsmisi qeyd edib.