Bu gün UEFA Millətlər Liqasında III turun oyunlarına yekun vurulacaq.

"Unikal" xəbər verir ki, A və C Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.

A Liqasında Xorvatiya millisi Şotlandiyanı sınağa çəkəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qrupun digər oyununda isə Portuqaliya seçməsi səfərdə Polşanın qonağı olacaq. Görüşün start fiti 22:45-də səslənəcək.

A liqası, I qrup

20:00. Xorvatiya - Şotlandiya

22:45. Polşa – Portuqaliya

A liqası, IV qrup

22:45. Serbiya – İsveçrə

22:45. İspaniya - Danimarka

C liqası, II qrup

17:00. Litva – Kosovo

22:45. Kipr – Rumıniya

C liqası, III qrup

20:00. Bolqarıstan – Lüksemburq

22:45. Belarus – Şimali İrlandiya

Qeyd edək ki, Millətlər Liqasında IV turun oyunlarına oktyabrın 13-də start veriləcək.