“Azərbaycanla oyuna hazırlaşmaq üçün iki gün vaxtımız var”.
"Unikal" xəbər verir ki, bu sözləri Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona UEFA Millətlər Liqasının IV turunda Azərbaycan seçməsi ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis Bakıdakı görüşə mümkün qədər yaxşı hazırlaşacaqlarını bildirib: “Müdafiəçimiz Denis Vavro cəzalı olduğuna görə Bakıda bizə kömək edə bilməyəcək. Komandanın vəziyyətinə görə çox dəyişiklər edə bilməyəcəyik. Denisin mövqeyində isə yenilik olacaq. Fərqli planlar qurmalıyıq. İsveçlə matçda (2:2) qazandığımız xal bizə çətin başa gəldi. Amma müasir futbol bunu tələb edir”.
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.