"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını "Real"da davam etdirə bilər.
"Unikal" xəbər verir ki, 32 yaşlı hücumçunun "Liverpul"la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, artıq yanvarda digər klublarla danışıqlar apararaq azad agent kimi müqavilə imzalaya biləcək.
Onun "Real"a keçə biləcəyi qeyd olunur. Madrid təmsilçisi misirli futbolçunu heyətinə qatmaq niyyətindədir.
Həmçinin Salahla PSJ də maraqlanır.
Qeyd edək ki, Salah bu mövsüm klub səviyyəsində 10 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.