Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi 76 milyarder, onun Respublikaçı rəqibi Donald Trampı isə 49 milyarder dəstəkləyir.
"Unikal" xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazıb.
Harrisin tərəfdarları arasında Nyu-Yorkun keçmiş meri Maykl Blumberq, LinkedIn sosial şəbəkəsinin yaradıcısı Rid Hofman, "Facebook" sosial şəbəkəsinin həmtəsisçisi Dastin Moskovits, "Google"un keçmiş baş direktoru Erik Şmidt, kinorejissor Stiven Spilberq və başqaları var.
Eyni zamanda, Trampı bir çox Amerika sənaye maqnatları, o cümlədən "CrownQuest Operating" neft və qaz şirkətinin baş icraçı direktoru Timoti Dann və Amerika pərakəndə satış şəbəkəsi "Home Depot"un həmtəsisçisi Harold Hamm dəstəkləyir.
Qeyd olunur ki, bəzi milyarderlər, o cümlədən “Meta” şirkətinin təsisçisi Mark Zukerberq və “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts hələ də namizədlərin heç birini dəstəkləməyib.
Qeyd edək ki, Amerikada prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.