Kaliforniyada ABŞ prezidentliyinə namizəd Donald Trampın lehinə keçirilən aksiyanın yaxınlığında silahlı şəxs həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Polisin məlumatına görə, hadisə şənbə günü axşamı Coachella şəhərində baş verib.

Riversayd dairəsinin şerifi Çad Bianko, Las-Veqasdan olan 49 yaşlı Vam Millerin Trampın çıxışından bir saat əvvəl əlində ov tüfəngi, dolu tapança və böyük bir maqazinlə kəsişmə məntəqəsində həbs edildiyini deyib. 

Səlahiyyətlilər həmçinin qeyd edib ki, həmin şəxsin çoxsaylı pasportu və sürücülük vəsiqəsi olub.

Həmin şəxsin qanunsuz odlu silah saxlamaq ittihamı ilə həbs edildiyi və daha sonra 5 min dollar girov müqabilində sərbəst buraxıldığı bildirilir. Onun məhkəməsi gələn il yanvarın 2-nə təyin edilib.

Ağarza Elçinoğlu