Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahuya İsrailin BMT qərarı ilə yaradıldığını xatırladıb.
"Unikal" xəbər verir ki, bu barədə "Parisien" qəzeti yazır.
“Netanyahu unutmamalıdır ki, onun ölkəsi BMT-nin qərarı ilə yaradılıb”, – deyə Makron bildirib.
Bu səbəbdən, Fransa prezidentinin fikrincə, İsrailin baş naziri BMT-nin fərmanlarını pozmamalıdır.