Oktyabrın 15-də Beynəlxalq Yol Federasiyasının Ümumdünya Konqresi çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə ikitərəfli görüş keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Görüş İstanbulda baş tutub.