Bağırsaqlarımız qidalanma sistemimizdə ən vacib rol oynayan orqanlardan biridir. Qidalanma ilə bağlı səhvlərə yol verdikdə və ya bədənimizi kifayət qədər dinləmədikdə, qəbizlik problemləri yarana bilir.

Qəbizlikdən qurtulmaq üçün edə biləcəyiniz ən önəmli məqam bağırsaq hərəkətlərinin ləngiməsinin qarşısını almaqdır. Qəbizliklə mübarizə aparmağa kömək edən bəzi yüksək lif tərkibli qidalar vardır.

"Unikal" qəbizliyin qarşısını almağa kömək edən qidaları təqdim edir:

Alma:
Yalnız liflə deyil, pektinlə də zəngindir. Həzm sistemimizin ən mühüm hissəsi olan bağırsaqların balanssız hərəkətlərini tənzimləməkdə çox faydalıdır.

Armud:
Yüksək bağırsaq dostu lif tərkibi ilə bağırsaqların asan fəaliyyətinə kömək edir.

Əncir:
Təzə və ya qurudulmuş halda istehlak etmək bağırsaq üçün faydalıdır. Tərkibindəki yüksək liflə bağırsaq hərəkətlərini sürətləndirir.

Alça:
Alça həzm prosesini asanlaşdırır.

Avokado:
Möcüzəvi qida olan avokado həzm problemlərini aradan qaldırır. Avokado həm həll olunan, həm də həll olunmayan liflərlə zəngindir. O, eyni zamanda sağlam bir yağ deposudur.

Moruq:
Giləmeyvələr arasında lif baxımından ən zəngin meyvə hesab olunur. Həzmə kömək edir.

Portağal:
Bu meyvə liflə zəngindir və C vitamini deposu hesab olunur. 

Kivi:
Yüksək lifli meyvələr dedikdə ağıla ilk gələn meyvələr sırasındadır. Gündəlik istehlak vərdişlərimizdə çox üstünlük verilməsə də, bağırsaq hərəkətlərini sürətləndirməkdə olduqca faydalıdır.

Eyni zamanda, çia toxumu və kətan toxumu kimi yağlı toxumlar yüksək lifli quruluşu və sağlam yağ qrupunda olması ilə bağırsaq dostu qidalar arasındadır. Gündəlik qatıq iostehlakınıza kətan toxumu əlavə etmək bağırsaqlarınızı sürətləndirə bilər.

Zərifə Nağıyeva