Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində təqsirləndirilən Rüfət Piriyevin məhkəmə prosesi başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinsə hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı Elgin Qafarov məhkəmədən təqsirləndirilən şəxsin həbs qətimkam tədbirinin dəyişdirilməsi üçün əsas olmadığını və məhkəmənin baxışa verilməsini istəyib.
Məhkəmə müşavirədən sonra baxış iclasını 30 oktyabra təyin etdi.
Qeyd edək ki, “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev dələduzluqda ittiham olunur.
200-dən çox şəxs zərərçəkən qismində tanınıb.
Çoxsaylı şikayətlər əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, Rüfət Piriyev məhkəmənin qərarı ilə axtarışa verilmişdi.
Seymur Əli