Ağstafada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyaları davam edir.
"Unikal" xəbər verir ki, rayon ərazisindən keçən magistral avotomobil yollarının kənarlarında təşkil olunan növbəti aksiyada RİH başçısı Seymur Orucov, məsul şəxslər, ictimaiyyət nümayəndələri və gənc könüllülər iştirak ediblər. Payız mövsümünə və yerli iqlim şəraitinə uyğun olan ağac tinglərinin əkildiyi ekoloji aksiyanın başlıca məqsədi yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsinin təmin olunmasına nail olmaqdan ibarətdir. Əkilən ağaclara zəruri arqotexniki qulluğun göstərilməsi ilə yanaşı, ərazidə müvafiq abadlıq işləri həyata keçirilib.
Ağacəkmə aksiyaları Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən növbəti günlərdə də davam etdiriləcəkdir.