Gürcüstanda 3,2 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, zəlzələnin episentri Dmanisi şəhərindən 11 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların mənbəyi 10 km dərinlikdə olub.
Episentrdə zəlzələnin gücü 4 bal olub.
Qeyd edək ki, Ermənistanın Lori rayonunun Sarçapet və Noraşen kəndlərində də 3 bal gücündə yeraltı təkanlar hiss olunub.